Bakıda hündürmərtəbəli binada yanğın baş verib

Bakı şəhərinin Nəsimi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb.

“MediaPost” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, binanın şaxtasında elektrik naqillərində yanğın baş verib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Yanğın saat 20:25-də söndürülüb.

Əlavə məlumat veriləcək.

Digər fikirlər

Daha çox fikir