Bakıda keçmiş məhbus kirayə qaldığı evdə öldürüldü

İyulun 27-də saat 23 radələrində Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə Sabunçu qəsəbəsindəki evlərin birinin həyətində orada kirayədə yaşayan Hüsnü Əliyevin qətlə yetirilməsi barədə məlumat daxil olub.

“MediaPost” DİN-ə istinadən xəbər verir ki, dərhal polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. 

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş K.Əliyevin onunla eyni ünvanda kirayədə yaşayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hüsnü Əliyevi aralarında yaranmış mübahisə zamanı bıçaqla qətlə yetirməsi müəyyən edilib.   

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində K.Əliyev saxlanılaraq istintaqa təhvil verilib. 

Digər fikirlər

Daha çox fikir