Bakının bu küçəsində piyadalar hərəkət edə bilmir - VİDEO

Bakının mərkəzi küçələrindən birində insanlar avtomobil yolu ilə hərəkət etmək məcburiyyətində qalıblar. Söhbət Heydər Əliyev Mərkəzinin arxa hissəsindəki Həsənoğlu küçəsindən gedir. 

“MediaPost” xəbər verir ki, buna səbəb sözügedən ərazidə piyada səkisinin bir hissəsinin zəbt olunmasıdır. Belə ki, piyada səkisinin böyük bir hissəsi tikinti aparmaq üçün hasarlanan ərazinin içərisində qalıb. Digər tərəfdən isə ensiz səkinin üzərində işıq dirəkləri quraşdırılıb. Nəticədə adıçəkilən ərazidə piyadaların hərəkəti xeyli çətinləşib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, mövcud məsələ ilə bağlı Agentliyin müvafiq şöbəsinə məlumat veriləcək və araşdırma aparıldıqdan sonra problemin aradan qaldırılması istiqamətində addımlar atılacaq.

Müşviq Tofiqoğlu / “MediaPost”

  

Digər fikirlər

Daha çox fikir