Bayramda avtobuslar işləyəcək? – AÇIQLAMA

“Bayram münasibətilə karantin rejiminin daha da sərtləşdiriləcəyini güman etmirəm”.

Bunu “MediaPost”a açıqlamasına Respublikanın Baş infeksionisti Cəlal İsayev deyib. O, 4 günlük Qurban bayramı tətili zamanı ictimai nəqliyyatın fəaliyyətinin dayandırılıb-dayandırılmaması məsələsinə aydınlıq gətirib:

“Mənə elə gəlir ki, karantin tədbirləri əvvəlki qaydada davam etdiriləcək”.

C.İsayev avqustun 5-dən sonra rayonlararası gediş-gəlişin bərpasından danışmaq üçün hələ tez olduğunu söyləyib:

“Son nəticələr təhlil olunduqdan sonra vəziyyət qiymətləndirilib qərar verilərsə, yumşaltmalara getmək olar. Amma indidən demək tezdir. Hələ avqustun 5-nə qədər bizim xeyli vaxtımız var”. 

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, ölkədə sərtləşdirilmiş karantin rejimi avqustun 5-nə qədər davam edəcək.  Qərara əsasən, ictimai nəqliyyatın fəaliyyəti həftəsonları dayandırılır. Buna uyğun olaraq, 4 günlük Qurban bayramı tətilinin 2 günü - 2020-ci il 1 avqust saat 00:00-dan 2020-ci il 3 avqust saat 06:00-dək ictimai nəqliyyat işləməyəcək.

Billurə Yunus / MediaPost

Digər fikirlər

Daha çox fikir