“Beynəlxalq Bank” səhmdarlarına dividend ödəyəcək

“Azərbaycan Beynəlxalq Bankı” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. 

“MediaPost” xəbər verir ki, yığıncaq 15 sentyabr 2020-ci il saat 15.00-da Bakı şəhəri, Nizami küçəsi 67 nömrəli ünvanında baş tutacaq.

Yığıncağın gündəliyinə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və audit komitəsi tərəfindən tövsiyə edilmiş 2019-cu ilin maliyyə hesabatının təsdiq olunması , bankın nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi, 2019-cu ilin maliyyə nəticələrinə əsasən dividendin ödənilməsi və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin strateji baxışı və missiya bəyanatı haqqında məsələlər daxildir. 

Koronavirus (COVID-19) infeksiyasının yaratdığı pandemiya şəraitində kütləvi yığıncaqların qadağan olunmasını nəzərə alaraq səsvermə qiyabi şəkildə keçiriləcək.

Digər fikirlər

Daha çox fikir