"Biz onları Rusiyadan qorumağa çalışırıq, onlar milyardlar ödəyir" - Tramp

“Biz Almaniyanı Rusiyadan qorumağa çalışırıq, onlar milyardlarla dollar ödəyir”.

“MediaPost” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp 11 900 ABŞ əsgərinin Almaniyadan geri çağrılması ilə bağlı danışan zaman deyib. O, belə bir qərara səbəb olan amilin Almaniyanın Rusiya ilə enerji ticarəti və Almaniyanın NATO-ya ödənişləri olduğunu söyləyib:

“Almaniya enerji üçün Rusiyaya ildə milyardlarla dollar ödəyir. Biz də guya Almaniyanı Rusiyadan qorumağa çalışırıq. Bu nədir?

Bundan əlavə, NATO-ya etdiyi 2 faizlik ödəniş məsələsində nöqsanlar var. Bu səbəbdən bəzi əsgərləri Almaniyadan çıxarırıq”.

Xatırladaq ki, ABŞ-ın Müdafiə naziri Mark Esper ötən gün Almaniyadakı 6400 əsgərin ABŞ-a qayıdacağını, 5600 hərbçinin isə başqa Avropa ölkələrinə göndəriləcəyini açıqlayıb.

Billurə Yunus / Mediapost

Digər fikirlər

Daha çox fikir