Bu ölkədə Aya Sofyanın oxşarı tikiləcək

Türkiyədə məscid kimi ibadətə açılan Aya Sofya məbədinin oxşarı Suriyada inşa ediləcək.

“MediaPost” xəbər verir ki, bu barədə Livan mediası yazıb. Aya Sofyanın bənzəri olacaq məbəd kilsə kimi istifadəyə veriləcək.

Məscidin Həma şəhərində ortodoksların sıx məskunlaşdığı Sukaylebiye mahalında tikilməsi planlaşdırılır.

Medianın yazdığına görə, kilsə ideyası əvvəlcə Həma ordotoks yepiskopu ilə razılaşdırılıb, daha sonra Suriyadakı Rusiya ordusunun səlahiyyətli nümayəndələrinə təqdim edilib.

Kilsənin tikiləcəyi ərazidə işlərə başlanıldığı bildirilir.

Billurə Yunus / MediaPost

Digər fikirlər

Daha çox fikir