Bu ölkədə koronavirus pandemiyası nəzarətdən çıxıb

ABŞ-da koronavirusa yoluxanların sayının artması səbəbilə “qırmızı zona” elan edilən və sayı 21-ə çatan əyalətlərdə məhdudiyyətlərin daha da artırılması tələb olundu. 

"MediaPost" "New York Times"a istinadən xəbər verir ki, “qırmızı zona”ya daxil olan ərazilərdə bar və idman zallarının bağlanması, restoranların daha çox onlayn sifariş xidməti ilə fəaliyyət göstərməsi tələblər arasında yer alıb. 

Bundan əlavə, Nyu York, Minnesota, Puerto Riko, Vaşinqtona səyahət edənlərin məcburi 14 gün karantində qalması yeni məhdudiyyətlər sırasına daxil edilib.

Digər fikirlər

Daha çox fikir