Bu ölkədən azərbaycanlıların təxliyəsi həyata keçiriləcək

Azərbaycanın Gürcüstandakı səfirliyi həmvətənlərimizin növbəti təxliyəsini həyata keçirəcək.

“MediaPost” xəbər verir ki, səfirlikdən  bildiriblər ki, həmin şəxslər arasında 150-yə yaxın Azərbaycan vətəndaşı və təxminən 100 nəfər gürcüstanlı soydaşımız var.

Siyahıda azərbaycanlı olan 8 Rusiya və 1 Türkiyə vətəndaşının adı da yer alıb.

Təxliyə olunacaq şəxslər bu gün Tbilisidə xüsusi laboratoriyada koronavirusla bağlı testdən keçirilirlər. COVID-19 testi neqativ çıxacaq azərbaycanlılar iyulun 29-da saat 10:00-da 4 avtobusla Azərbaycan səfirliyinin binası qarşısından “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.

Xatırladaq ki, indiyədək 1000 (min) Azərbaycan vətəndaşı Gürcüstan ərazisindən keçməklə ölkəyə təxliyə olunub.

Digər fikirlər

Daha çox fikir