Çimərliklər və rayonlara gediş-gəlişlə bağlı qərar nə zaman veriləcək? - RƏSMİ AÇIQLAMA

“Çimərliklərin açılması və rayonlara gediş-gəlişin bərpası ilə bağlı məsələlər müzakirə olunur”.

“MediaPost” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, çimərliklərlə bağlı qaydalar müzakirə olunur:

"Orada hansı qaydalara riayət olunmasının vacibliyi, insanların hansı məsafədə dayanması məsələsi barəsində müzakirələr aparırıq. Qərar qəbul olunan kimi ictimaiyyətə məlumat veriləcək”.

Digər fikirlər

Daha çox fikir