Deputat: Bank rəhbərlərinin məsuliyyəti artırılmalıdır

“Konstitusiya Məhkəməsi iyulun 28-də blok olunmuş əmanətlər ilə bağlı məsələyə baxıb. Məhkəmə yekun qərarını ictimaiyyətə yaxın günlərdə təqdim edəcək. Mərkəzi Bank sədrinin bugünkü bəyanatından hiss olunur ki, nəzarətedici qurumlar məhkəmədən pozitv, yəni vətəndaşların xeyirinə qərar gözləyirlər. Təbii ki, biz də vətəndaşların xeyirinə qərarın qəbul ediləcəyinə ümid edirik. Söhbət 1300-dən çox vətəndaşımızın 62 milyon manat əmanətinin qaytarılmasından gedir və göründüyü kimi ki, məbləğ kifayət qədər böyükdür”.

“MediaPost” xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. onun sözlərinə görə, Mərkəzi Bankın bugünkü açıqlamasında diqqəti çəkən iki mühüm məqam var: 

"Birincisi, əvvəllər bizim də qeyd etdiyimiz kimi, Mərkəzi Bank da bu məsələdə əhalinin heç bir günahının olmadığını bəyan edib. Bu o deməkdir ki, günah vətəndaşların deyil, qanunsuz əmanət qəbul edən banklarındır. Buna görə də, vətəndaşların pullarının tam məbləğdə qaytarılmasına ehtiyac var. 

İkincisi, Mərkəzi Bank bizim təklifləri dəstəkləyir və bank menecerlərinin məsuliyyətinin artırılmasının tərəfdarıdır. Bununla bağlı, Mərkəzi Bank Cinayət Məcəlləsinə dəyişikliklə bağlı təklif irəli sürəcək. Etiraf etmək lazımdır ki, Mərkəzi Bankın bugünkü açıqlaması əmanətçilərin hüquqlarının qorunması baxımından təqdirəlayiqdir".

Xatırladaq ki, “NBC Bank”, “AGBank” və “AtaBank” qadağa olsa da, əhalidən əmanət qəbul edib və həmin banklar müflis elan olunduqdan sonra pullar blok edilib.

Digər fikirlər

Daha çox fikir