“Dünən Prezidentimiz cənab Putinə açıq şəkildə dedi"

“Burada işğalçı olan Ermənistandır. Hörmətli Prezidentimiz bunu dünən hörmətli Putinə də açıq şəkildə izah etdi”.

“MediaPost” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın “CNN Türk”ə müsahibəsində bildirib.

“Münaqişə ilk dəfə sərhəddə baş verib. Bu mənada təhlükəli bir inkişafdır, belə halllar dayandırılmalıdır. Tərəflər masaya gəlməlidirlər. Biz Azərbaycanın yanındayıq. Azərbaycanın birliyi və həmrəyliyi bizim birliyimiz və həmrəyliyimizdir”. 

İbrahim Kalın Ərdoğanın Putinlə Azərbaycan-Ermənistan sərhədində baş verən insidentdən də danışdığı barədə açıqlama verib: “Dünən prezidentimiz cənab Putinə açıq şəkildə dedi. Ermənistanla münasibətlərinizdən istifadə edib bu gərginliyi azaldın. Bir sözlə, Putinlə telefon danışığı zamanı çox yaxşı bir nöqtəyə gəlindiyini söyləyə bilərəm”.  

Digər fikirlər

Daha çox fikir