Dünyada koronavirusdan sağalanların sayı 10,5 milyonu ötdü

Dünyada koronavirusdan sağalanların sayı 10 506 417 nəfərə çatıb.

“MediaPost” bildirir ki, ən çox sağalma ABŞ (2 189 592), Braziliya (1 721 560) və Hindistanda (999 318) qeydə alınıb.

Bildirilib ki, son bir ayda dünyada sağalanların sayı təqribən 10 dəfə artıb.

Qeyd edək ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada indiyədək 17 milyona yaxın insanda koronavirus aşkarlanıb. Onlardan 665 min nəfər pandemiyanın qurbanı olub.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Digər fikirlər

Daha çox fikir