Əfqanıstanda sel 12 uşağı apardı

Əfqanıstanda güclü yağışın səbəb olduğu daşqınlar nəticəsində 16 nəfər, o cümlədən 12 uşaq ölüb. İtkin düşənlər var.

“MediaPost” Sinxua agentliyinə istinadla xəbər verir ki, daşqınlar cümə günü axşam ölkənin şərqindəki Nanqarhar əyalətində başlayıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət bir neçə evi dağıdıb. Dörd uşağın itkin düşdüyü bildirilir.

Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır. Zərər çəkmiş ailələrə humanitar yardım göstərilir.

Digər fikirlər

Daha çox fikir