Elman Rüstəmov inflyasiya proqnozunu açıqladı

“Bu ilin sonuna qədər Azərbaycanda illik inflyasiya 3-3,5% intervalında formalaşacaq”.

“MediaPost” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib. Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalından aşağı olması, beynəlxalq konyukturada yaxşılaşma meyllərinin və valyuta bazarında stabilləşmə, pandemiya təsiri ilə tələbin zəifləməsi antiinflyasiya effektləri nəzərə alınmaqla qəbul edilib.

Onun sözlərinə görə, illik inflyasiya hədəf intervalından aşağıda qalıb. İyun ayında 0,3% defilyasiya baş verib, illik inflyasiya isə 3% təşkil edib. Mövsümü amillərin təsiri ilə inflyasiya 1,5% aşağı düşüb. Bu dövrdə qeyri ərzaq məhsulları 0,1%, xidmətlər isə 0,9% bahalaşıb. O əlavə edib ki, real sektor üzrə monitorinqin nəticələri inflyasiya gözləntilərinin azalmaqda davam etdiyini göstərir. 

 

 

Digər fikirlər

Daha çox fikir