Elon Mask yeni texnologiyası ilə bütün səslərin eşidiləcəyini iddia edib

Elon Mask üzərində işlədiyi yeni texnologiya barəsində məlumat paylaşıb. 

“MediaPost” “Daily Mail”ə istinadən xəbər verir ki, o yeni yexnologiyanın insanlara indiyədək eşitmədikləri səsləri də eşidə bilmək imkanı yaradacağını iddia edib. 

Mask bildirib ki, bundan əlavə, “Neuralink” adlı beyin çipi texnologiyası onurğa beyni tamamən zədələnmiş birinin hərəkətlərini geri qazanmasına yardım edə biləcək.

Burada əsas məqsəd beyin çipinə tikiş maşınına bənzər bir cihaz yardımı ilə incə xətlər yaradaraq beyin və kompüter arasında əlaqə yaratmaqdır. 

Digər fikirlər

Daha çox fikir