Ərdoğandan Azərbaycana növbəti dəstək: “Onlara verəcək cavabımız olacaq”

“Azərbaycanlı qardaşlarımızın işğal altındakı torpaqlarını azad etmək və vətənlərini qorumaq cəhdlərini anlayışla dəstəkləyirik”.

“MediaPost” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bugünkü çıxışı zamanı deyib.

“Əlbəttə, 500-1000 il əvvəlki söhbətləri heç cür bağlamayıb, bizdən 100 il əvvəlki haqsızlıqları daha irəliyə aparmaq cəhdlərinə səssiz qalmağımızı gözləyənlərə verəcək cavabımız olacaq. Hər mübarizə istənildiyi kimi nəticələnməyə bilər. Amma mübarizə aparmayan onsuz da əvvəldən təslim olub, uduzub”.

Billurə Yunus / MediaPost

Digər fikirlər

Daha çox fikir