Erməni nazirdən İsrailə Azərbaycanla bağlı tələb

Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan İsraildən Azərbaycana silah satışını dayandırmağı tələb edib.

“MediaPost” xəbər verir ki, Z.Mnatsakanyan bu barədə “Jerusalem Post” qəzetinə danışıb.

“Bu məsələni hər zaman qərarlı bir şəkildə gündəmə gətirəcəyik. Bu, hər zaman iki ölkə arasında həm də çoxmillətli platformalarda gündəmin ayrılmaz hissəsi olacaq”,- deyə o bildirib.

Xatırladaq ki, bu açıqlamadan bir gün əvvəl Ermənistan Müdafiə naziri David Tonoyan İran İslam Respublikasının Ermənistana yeni təyin olunmuş səfiri Abbas Badaxşan Zouri və İranın bu ölkədəki hərbi attaşesi ilə görüşmüşdü. Görüş zamanı tərəflər Azərbaycan-Türkiyə ortaq hərbi təlimlərini və digər məsələləri müzakirə ediblər.

Billurə Yunus / MediaPost

Digər fikirlər

Daha çox fikir