Ermənistanda 723 nəfər koronavirusdan öldü

 Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi  koronavirusa yoluxanların sayını açıqlayıb.

“MediaPost” xəbər verir ki, son 24 saat ərzində düşmən ölkədə daha 308 nəfər koronavirusa yoluxub. Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 37 min 937 nəfər yüksəlib.

Bildirilir ki, ölkədə pandemiya qurbanlarının sayı isə 723 nəfərə çatıb. Onların da 4-ü son sutka ərzində dünyasını dəyişib.

Hazırda ölkədə 9165 aktiv koronavirus xəstəsi var.

Digər fikirlər

Daha çox fikir