ETSN Siyəzəndəki yanğınla bağlı məlumat yaydı

31 iyul saat 12 radələrində Siyəzən rayonunun Sədan kəndi yaxınlığında bələdiyyə ərazisinin dağlıq və dağətəyi sahəsində yanğın hadisəsi  baş verib.

ETSN-nin mətbuat katibi İradə İbrahimova “MediaPost"a bildirib ki, yanğının söndürülməsi üçün FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, 2 helikopteri, ETSN-nin yerli qurumlarının və Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndələri cəlb olunub. Yanğın güclü külək nəticəsində geniş əraziyə yayılıb.

Hazırda yanğının söndürülməsi və yaxınlıqda yerləşən meşə ərazisinə keçməsinin qarşısının alınması istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.

ETSN havaların isti və quraq keçməsi ilə əlaqədar bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Digər fikirlər

Daha çox fikir