Evdə qaz partladı, bir nəfər xəsarət aldı

Gəncə sakini yanıq xəsarətləri alıb.

“MediaPost”un məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində  qeydə alınıb.

1956-cı il təvəllüdlü Kərimov Vidadi Rəşid oğlu bədəninin 2-3 dərəcəli yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 64 yaşlı kişi yaşadığı evin vanna otağında qazı yandıran zaman partlayış olub. 

Hadisənin başvermə səbəbləri araşdırılır. Apa

“MediaPost” 

Digər fikirlər

Daha çox fikir