Füzulidə stansiyada yanğın

Füzuli rayonunda nasos stansiyasında yanğın olub.

“MediaPost” FHN-ə istinadən xəbər verir ki, rayonda ümumi sahəsi 84 m² olan nasos stansiyasının içərisində 1 ədəd transformator və 4 ədəd elektrik açarı yanıb. Digər transformatorlar və nasoslar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər fikirlər

Daha çox fikir