Güclü külək Gəncədə fəsadlar törədib - FOTOLAR

Gəncədə yağışla müşahidə olunan güclü külək bir sıra fəsadlar törədib.

“MediaPost”un məlumatına görə, hadisə nəticəsində Cavad Rəfibəyli küçəsində iri gövdəli çinar ağacı evin dam örtüyünün üzərinə aşıb.

Təbiət hadisəsi zamanı xəsarət alan olmasa da, evə ciddi ziyan dəyib, digər küçə və prospektlərdə aşan ağaclar hərəkətə maneə yaradıb. Şəhərin bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. 

Hazırda aidiyyəti qurumlar tərəfindən aşan ağacların ərazidən götürülməsinə başlanılıb. 

Elektrik enerjisinin bərpası istiqamətində iş aparılır. Apa

“MediaPost”

Digər fikirlər

Daha çox fikir