“Hərbi təlimlərin keçirilməsi çox ciddi məsələdir” - Deputat

“Bu təlimlər erməni işğalçılarına və Azərbaycanı istəməyən qüvvələrə mesajdır”.

Bunu “MediaPost”a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərinə münasibət bildirərkən deyib.

O bildirib ki, iki ölkə arasında hərbi təlimlərin keçirilməsi çox ciddi məsələdir:

“Azərbaycanla Türkiyənin birgə genişmiqyaslı təlimlər keçirməsi ilk hal deyil. Azərbaycan Ordusu ilə Türkiyə Silahlı Qüvvələri ildə bir neçə dəfə hərbi təlimlər keçirir. İki ölkə arasındakı müttəfiqlik bundan da artıq səviyyədə ola bilər. Ümumiyyətlə, təlim gələcək döyüşlərin gedişatını asanlaşdıran əsas amildir. Ona görə belə hərbi təlimlərin mütəmadi keçirilməsini yüksək qiymətləndirirəm”.

 Qeyd edək ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə təlim keçiriləcək. İyulun 29-dan keçiriləcək birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri avqustun 10-dək davam edəcək. 

Digər fikirlər

Daha çox fikir