İcra Hakimiyyətində əməliyyat: vəzifəli şəxslər həbs edildi - RƏSMİ

Zərdab Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tutulub.

Zərdab Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Səməd Cəfərovun “MediaPost”a verdiyi məlumata görə, Rayonun İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Sahid Abuseyid oğlu Əhmədov rayon prokurorluğuna dəvət olunaraq, orada həbs edilib.

Başçının köməkçisi bildirib ki, Sahid Əhmədovla yanaşı, Yarməmmədbağı kəndinin keçmiş icra nümayəndəsi Ramil Xəlilov və həmin kəndin hazırkı bələdiyyə sədri Sahib Xəlilov da hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Qeyd edək ki, bu barədə ilk məlumatı “avropa.info” saytı dərc edib.

 


 

 

Digər fikirlər

Daha çox fikir