İcra hakimiyyətləri ilə bağlı yeni sistem qurulur - AÇIQLAMA

Hökumət "McKinsey" şirkəti ilə daha bir əməkdaşlığa başlayıb.

"MediaPost"un xəbərinə görə, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev məlumat verib və bildirib ki, sözgedən şirkətinin hökumətə yerli icra hakimiyyətləri ilə bağlı yeni sistemin qurulmasında köməklik edəcək:

"Prezidentin martda verdiyi sərəncama görə yerli icra hakimiyyətlərinin fəaliyyətinin səmərəliyini ölçən sistem qurulmalıdır və "McKinsey" bu işdə hökumətə məsləhətlər verir.

Yerli vətəndaş cəmiyyəti ekspertlərinin belə səmərəlilik indikatorları hazırlamaq sahəsində bilik və təcrübəsi olsa da, hazırda ölkəni idarə edən komanda heç vaxt müstəqil yerli ekspertlərlə əməkdaşlığa maraq göstərməyib.

Ekspert qrupumuz dövlət qurumlarının fəaiyyətinin səmərəliliyini qiymətləndirmək üçün son 9 ildə 2 siyasət sənədi hazırlayıb: 2011-ci ildə hökumətin aqrar siyasətinin, 2016-cı ildə isə regioanal inkişafla bağlı siyasətin nəticələrini qiymətləndirmək üçün göstəricilər sistemi hazırlayıb.

Onsuz da nəticə əsaslı büdcə mexanizminə keçid baş verdiyi halda, bütün qurumların fəaliyyətini ölçən indikatorlar sisteminin formalaşdırılması mütləq baş verəcək.

Lakin indiki situasiyada yerli icra hakmiyyəti orqanlarının fəaliyyətindən əvvəl bölgə inkişafını xarakterizə edən göstəricilər sistemi qurulmalı, icra hakimiyyətlərinin fəaliyyətini ölçən göstəcilər sistemi bölgə inkişafını müəyyən edən indikatorlara nəzərən hazırlanmalıdır.

İldə bir dəfə isə həmin göstəricilər əsasında bölgələrin inkişaf və səmərəlilik reytinqi hazırlanmalıdır. Tutaq ki, son 10-luqda olan autsayder rayonlarda idarçilər dərhal vəzifəsindən getməlidir.

Hərçənd ki, yerlərdə hakimiyyətin seçkili təsisatlara verilməsinin qatı tərəfədarı olaraq yerli icra hakimiyyətləri üçün belə bir təklifi də gərək verməyəsən. Amma idarəetmə sistemi qalırsa, ən azından qiymətləndirmə sistemi də dediyim ardıcıllıqla qurulmalıdır.

Öz növbəsində, təklif olunan sistem istər təyinatlı, istərsə də seçkili bölgə idarəçiliyi üçün eyni dərəcədə keçərlidir".

Digər fikirlər

Daha çox fikir