İmişlidən Bakıya qonaq gəldiyi evdən oğurluq etdi

Bakıda evdən oğurluq olub.

“MediaPost"un məlumatına görə, Binəqədi rayonu, Xocasən qəsəbəsi sakini X. Əzimov polisə müraciət edərək, həmin gün evindən 699 manat pulun oğurlandığını bildirib.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həmin gün zərərçəkmişin evində qonaq olan İmişli rayon sakini, 1982-ci il təvəllüdlü Səbuhi İsayev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər fikirlər

Daha çox fikir