"İnstaqram"ın işində problem yarandı

"İnstaqram" sosial şəbəkəsinin istifadəçiləri xidmətin işində qüsurlarla üzləşiblər.

“MediaPost”un məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Məlumata əsasən, "İnstaqram"ın işində texniki qüsurlar əsasən ABŞ, Böyük Britaniya, Almaniya, İsveç, İtaliya, Yunanıstan və Braziliyada müşahidə edilib.

İstifadəçilərin təxminən 45 faizi xəbər lentində, 37 faizi "stories" bölməsində, 16 faizi isə paylaşımlar edərkən problemlərlə üzləşiblər.

Digər fikirlər

Daha çox fikir