İran Avropanı təhdid etdi: "Terror təşkilatlarını dəstəkləməyi dayandırın"

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ və Avropanı terror təşkilatlarını maliyyələşdirməkdə ittiham edib.

“MediaPost” “CNN”nə istinadən xəbər verir ki, İranın Kəşfiyyat İdarəsi ABŞ tərəfindən maliyyələşən və ölkədə terrora cəhd etməyə çalışan qrup liderini yaxaladığını açıqlayıb. Bunun ardınca Cavad Zərif Tvitter hesabından Avropa və ABŞ-a yönələn bir mesaj paylaşıb.

O paylaşımında bildirib ki, Qərb terror təşkilatlarını maliyyələşdirməyi və dəstəkləməyi dərhal dayandırmalıdır:

“Terrorçular ABŞ və Avropadakı etibarlı limanlarından nifrət, təbliğat,cinayət, xaos yaradırlar və utanmadan məsum iran vətəndaşlarını öldürdüklərini qəbul edirlər. Bu ikiüzlü cinaytləriniz gizli qalmayacaq”. 

İran Kəşfiyyat İdarəsi ölkədə uzun müddətdir qarışıqlıq salan və Qərbdən maliyyələşən terror təşkilatı rəhbəri Cəmşid Şarmehdini yaxaladığını açıqlayıb. Yaxalandıqdan sonra terrorçu törətdiyi bütün cinayətləri etiraf edib. 

Digər fikirlər

Daha çox fikir