İran səhvən vurduğu sərnişin təyyarəsinə görə Ukraynaya heyət göndərir

İranlı rəsmilər yanvarın 8-də paytaxt Tehranda raketlə vurulan sərnişin təyyarəsinə dəyən zərərlə bağlı müzakirə aparmaq üçün Ukraynaya gedəcək.

“MediaPost” xəbər verir ki, görüş 29-30 iyul tarixlərində baş tutacaq.

Kompensasiya miqdarının görüşlər nəticəsində müəyyənləşdirilməsi gözlənilir.

Xatırladaq ki, yanvarın 8-də Ukrayna Hava Yollarına aid "Boeing 737" tipli sərnişin təyyarəsi Kiyevə getmək üçün Tehran Beynəlxalq Hava Limanından havaya qalxdıqdan qısa müddət sonra yerə çırpılıb. Hadisə nəticəsində təyyarədəki 176 nəfərdən sağ qalan olmayıb.

Sonradan təyyarənin səhvən İran tərəfindən raketlərlə vurulduğu üzə çıxmışdı.

Billurə Yunus / MediaPost

 

Digər fikirlər

Daha çox fikir