İranda koronavirusdan 226 nəfər öldü

İranda koronavirusun yayılması ilə əlaqədar vəziyyət yenə də ağırlaşıb. Yoluxma və ölüm halları hər gün artır.

“MediaPost”un İranın Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, son sutka ərzində ölkədə 2 min 621 nəfər virusa yoluxub, 226 nəfər isə vəfat edib. Bununla da, İranda koronavirusa yoluxanların ümumi sayı 301 min 530 nəfər, yoluxaraq ölənlərin sayı isə 16 min 569-a çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 261 min 200 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiya şöbələrində yatan 4 mindən çox koronavirus xəstəsinin vəziyyəti ağır olaraq qalır.

Digər fikirlər

Daha çox fikir