"İŞİD" kəşfiyyatının rəhbəri öldürüldü - FOTO

Terrorçu “İslam  dövləti” təşkilatının “Xorasan” qolunun kəşfiyyatının rəhbərini Əfqanıstanda öldürüblər.

“MediaPost” bu barədə TOLO News telekanalı Əfqanıstanın Milli Təhlükəsizlik İdarəsinə istinadən məlumat yayıb.

Əsədulla Orakzaini Pakistanla sərhəddəki Nanqarhar vilayətində avqustun 1-i axşam  məhv ediblər. İŞİD öz üzvünün öldürüldüyünü təsdiqləyib.

Orakzai Əfqanıstanda təşkil olunan hücumlara və təşkilatın daxilindəki rəqibləri məhv etməyə görə məsuliyyət daşıyırdı. Buna görə onu “İŞİD-in qəssabı” adlandırırdılar.

“Əfqanıstanın bölgədəki və beynəlxalq partnyorları unutmamalıdırlar ki, bu ölkə terrorizmlə mübarizədə əsas rolu oynayır. Biz terrorçuları və onların şəbəkələrini məhv etməyə davam edəcəyik” , - Milli Təhlükəsizlik İdarəsindən bildirilib.

img

 

Digər fikirlər

Daha çox fikir