İyulda həlak olan erməni hərbi qulluqçuları üzə çıxmağa başlayıb

İyul ayında Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş erməni təxribatının nəticələri yavaş-yavaş üzə çıxmaqdadır.

Belə ki, 1 avqust tarixində Ermənistanın Qeqarkunis vilayətində baş vermiş yol qəzası nəticəsində bir nəfər ölüb, digər isə “Çəmbərək” Tibb Mərkəzinə aparılıb.

“MediaPost”un məlumatına görə, Ermənistanda fəaliyyət göstərən  Shamshyan.com saytı məlumat yayıb ki, Göyçə-Tsovagüh-Şorja yolunun 47-ci kilometrində saat 14:00 radələrində baş vermiş yol qəzasında “BMW” markalı avtomobil hərəkət zolağından çıxaraq dərəyə düşüb.

Yol-nəqliyyat qəzasında ölən şəxs 38 yaşlı Ermənistan SQ-nin hərbi hissələrindən birinin komandiri idi. Ölənin 1982-ci il təvəllüdlü polkovnik-leytenant Aram Qarnikoviç Qazaryanın olması ehtimal edilir.

Sükan arxasında isə 46 yaşlı K. adlı kişinin olduğu deyilir.

Görünən odur ki, Ermənistan tərəfi öz cinayətkar təxribatları nəticəsində həlak olan hərbi qulluqçularını artıq üzə çıxarmağa başlayıb.

Xatırladaq ki, Ermənistan rəsmiləri iyul ayının 12-dən 17-dək davam edən silahlı toqquşmada cəmi dörd hərbi qulluqçusunun itirildiyini bəyan etmişdi.

Digər fikirlər

Daha çox fikir