Kamil Zeynallının səhifəsi şikayətlərdən sonra bağlandı

Tanınmış idmançı Kamil Zeynallının şəxsi instaqram səhifəsi bağlanıb.

“MediaPost” xəbər verir ki, sözügedən səhifənin 1 milyon izləyicisi olub.

Belə ki, erməni təxribatçılarının xarici ölkələrdə soydaşlarımızı döyməsindən sonra Kamil Zeynallı sosial media hesabında çağırış edib. O, ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlıları ermənilərə eyni cavabı verməyə səsləyib. Ardınca isə sosial media hesabında bununla bağlı videolar yerləşdirib. 

Uzun illər azərbaycanlılara qarşı terrorçuluq edən və işğalçı siyasət aparan Ermənistan vətəndaşları isə “terrorizmə çağırışa” görə K.Zeynallının səhifəsini şikayət edib. Nəticədə onun instaqram hesabı bağlanıb.

Digər fikirlər

Daha çox fikir