Kanadalı nazirdən müsəlmanlara təbrik

Kanadanın Baş naziri Castin Trudo müsəlmanları müqəddəs Qurban Bayramı münasibətilə təbrik edib.

“MediaPost” xəbərt verir ki, Trudo video şəklində yayımladığı təbrikə ənənəvi olaraq “Əssəlamüaleyküm” deyərək başlayıb:

“Qurban bayramı müsəlmanların ən vacib bayramlarından biridir. Fədakarlıqla xidmət, mərhəmət və sədəqə dəyərləri üzərində düşünməyin vaxtıdır. 

İstər yerli bir xeyriyyə cəmiyyətini dəstəkləyən, istər qonşularına ya da ehtiyacı olanlara yardım edən müsəlman kanadalılar bizə cəmiyyətimizə xidmət etməyin nə demək olduğunu göstərməyə davam edir. Bu gün bu xidmətin və müsəlman kanadalıların cəmiyyətlərimizə və ölkəmizə verdiyi töhfələrin fərqindəyik. Ailəmiz adına Sofi (həyat yoldaşı) və mən Qurban Bayramını qeyd edən hər kəsi təbrik edirik”.

Billurə Yunus / MediaPost

 

Digər fikirlər

Daha çox fikir