Koronavirusla bağlı alimlərin fikirləri üst-üstə düşmür - PARADOKS

Qış aylarında koronavirus pandemiyasında növbəti dalğanın yaşanacağı gözlənilir. Lakin bu məsələdə mütəxəssislər arasında fikir ayrılığı var. 

“MediaPost” xəbər verir ki, bəzilər düşünür ki, qış ayları koronavirus üçün təhdid təşkil etmir, lakin bir qisim alimlər mövsüm dəyişikliyinin koronavirus üçün qorxulu nəticələrə gətirib çıxaracağını bildirir. 

Bu suala dəqiq cavab verilməsə də, digər viruslar haqqındakı elmi göstəricilər COVID-19 pandemiyasının da geniş yayılacağını deməyə əsas verir. 

COVID-19-a səbəb olan yeni koronavirusdan başqa bilinən qrip viruslarına yol açan 4 fərqli koronavirus növü var. Bunlar qış aylarında daha geniş yayılır. 

img

Londonda Gigiyena və Tropik Xəstəliklər Fakültəsinin professoru Riçal Lou bildirib ki, mövsümi qriplər hər zaman qış aylarında daha çox baş qaldırır:

“Qış ayları virusun yayılması üçün əlverişli şəraitə sahibdir. Amma yoluxmanın səbəbinin havadan, yoxsa insanların davranışlarından asılı olduğu tam bilinmir. Hava soyuq olanda bütün viruslar insan bədənində daha uzun müddət qala bilir. Koronavirus üçün isə 4 dərəcə olduğu müəyyənləşib. Bundan əlavə, virusun aktivliyini azaltdığını düşündüyümüz ultrabənövşəyi şüalar qış aylarında daha azdır. Qışda qapalı məkanlarda daha çox oluruq. Pəncərələr qapalı olduğundan havalandırma da az olur. Bütün bu faktorlar koronavirusun yayılmasına səbəb olur”. 

İngiltərə Tibb Elmləri Akademiyasının hesabatına görə, ən pis ehtimalla ölkədə bu qış 250 mindən çox ölüm ola bilər.

Qışda koronavirusla yanaşı digər qrip növlərində də artım olması gözlənilir. Ancaq bu mövzuda dəqiq məlumat yoxdur. Koronavirus səbəbilə qabaqlayıcı tədbirlərin digər virus növlərinin yayılmasının qarşısını alacağı gözlənilir. Hazırda qış fəslini yaşayan Avstraliyada pandemiya ilə bağlı tətbiq olunan məhdudiyyətlər səbəbilə hazırda digər qrip virusları da yox səviyyəsindədir. 

img

 

Digər fikirlər

Daha çox fikir