Kür çayından asılılığın azaldılması üçün tədbirlər görüləcək - RƏSMİ

“Yaşayış məntəqələrinin su təchizatı üçün əlavə su mənbələri üzrə layihələndirmə və tədqiqat işlərinin aparılması məqsədilə daha bir tədbir nəzərdə tutulub”.

“MediaPost" xəbər verir ki, bunu“Azərsu” ASC-nin Planlaşdırma və Layihələndirmə Departamentinin rəisi Vaqif Kəngərli deyib.

“Tədbirlər planında Kür-Araz ovalığında yerləşən yaşayış məntəqələrinin, xüsusən kiçik kənd yaşayış məntəqələrinin su təchizatında dayanıqlığın əldə olunması, mənbə olaraq Kür çayından asılılığın azaldılması məqsədilə əlavə araşdırma, tədqiqat işlərinin aparılması və təkliflərin hazırlanması nəzərdə tutulub” - deyə, o söyləyib.

Billurə Yunus / MediaPost

Digər fikirlər

Daha çox fikir