Məhkəmə əmanətləri bloklananlarla bağlı bu vaxt qərar verəcək

Dünən Konstitusiya Məhkəməsində lisenziyaları ləğv edilən "AGBank", "Amrah Bank", "Atabank" və "NBC Bank" ASC-lərdə bloklanmış əmanətlər məsələsinə həsr olunmuş iclas keçirilib.

“MediaPost"un əldə etdiyi məlumata görə, məhkəmənin qərarı avqust ayının ortalarında veriləcək. 

Yekun akt bu tarixdən sonra rəsmi qəzetlərdə və məhkəmənin saytında dərc olunacaq.

Qeyd edək ki, Mərkəzi Bank vaxtilə sözügedən 4 bankda əmanət yerləşdirilməsini qadağan edib. Əmanətçilər isə həmin qərarın ictimaiyyətə açıqlanmamasından, bu müddətdə yerləşdirdikləri əmanətlərinin qorunan olduğu ilə bağlı banklar tərəfindən təminat verilməsindən, Mərkəzi bankın isə bu məsələyə nəzarət etməməsindən şikayət edir. Belə ki, həmin vətəndaşlar hazırda Əmanətlərin Sığortalanması Fondundan yerləşdirdikləri əmanətlər üzrə kompensasiya ala bilmirlər. 

Həmçinin bax: Mərkəzi Bank önündə yenidən etiraz aksiyası keçirildi

Digər fikirlər

Daha çox fikir