Meliorasiya və Su Təsərrüfatına 700 min manat ayrılıb

Prezident İlham Əliyev Balakən rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"MediaPost" xəbər verir ki, sərəncamla Balakən rayonunun əhalisi 49945 nəfər olan 10 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Balakən rayonunda tutulan nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı

№-siYaşayış məntəqələri

Quyuların

sayı, ədəd

Əhalinin

sayı, nəfər

  1.  
Gərəkli kəndi15489
  1.  
Hənifə kəndi16690
  1.  
Xalatala kəndi12984
  1.  
İtitala kəndi12523
  1.  
Qaysa kəndi13784
  1.  
Qazma kəndi17538
  1.  
Qullar kəndi15560
  1.  
Şambul kəndi12707
  1.  
Talalar kəndi16157
  1.  
Tülü kəndi16513
Cəmi10 

Digər fikirlər

Daha çox fikir