Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7%-dən 6,75%-ə endirilməsi barədə qərar qəbul edib. 

"MediaPost" xəbər verir ki, bu barədə qurumun sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında məlumat verib. Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 7,25%, aşağı həddi isə 6,25% müəyyən olunub.

Qərar bu gündən qüvvəyə minir. AMB-nin rəhbərliyi bildirib ki, faiz dəhlizinin parametrlərinə növbəti dəfə sentyabrın 18-də baxılacaq.

Digər fikirlər

Daha çox fikir