Məşhur aktyor koronavirusdan sağaldı - FOTO

Hindistanlı aktyor və Bollivud ulduzu Amitabx Baççan koronavirusdan sağalıb və evə buraxılıb. 

“MediaPost” xəbər verir ki, bununla bağlı onun kiçik oğlu Abxişek Baççan “Twitter” hesabında məlumat yayıb.

O, özünün isə hələlik müalicəsinin davam etdiyini və xəstəxanada qaldığını bildirib.

Qeyd edək ki, Abxişek Baççanın həyat yoldaşı, aktrisa və model Ayşvariya Ray və qızı Aradxya bir neçə gün öncə koronavirusdan sağalıb.

 

Digər fikirlər

Daha çox fikir