"Microsoft" "TikTok"un ABŞ üzrə payını ala bilər

ABŞ mərkəzli proqram təminatı şirkəti “Microsoft” “TikTok”un ABŞ üzrə fəaliyyətini əldə etmək niyətindədir.

“MediaPost” “Bloomberg”ə istinadən xəbər verir ki, razılaşma əldə olunarsa, “Microsoft” ABŞ üzrə Çinin məşhur sosial media xidmətini əldə edəcək və ABŞ hökumətinin video paylaşım tətbiqinə təzyiqlərini azaldacaq.

Məlumata görə, Tramp administrasiyası “TikTok”un təsisçi şirkəti “ByteDance Ltd”nin tətbiqin ABŞ əməliyyatlarında iştirak payını ləğv etməyə yönəlib-yönəlməyəcəyini, həmçinin ABŞ Çin şirkətinə məxsus tətbiqin potensial milli təhlükəsizlik risklərini araşdırır.

Qeyd edək ki, Ağ Ev cümə günü etdiyi açıqlama ABŞ-da “TikTok”dan istifadənin qadağan oluna biləcəyini bildirmişdi.

Digər fikirlər

Daha çox fikir