Minlərlə əmanət müqaviləsində vətəndaşlar aldadılıb

Minlərlə əmanətçi müqavilədə aldadılıb. 

“MediaPost” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında deyib: "“AtaBank”la bağlı proseslər nəzarət hüquqlarının Mərkəzi Bankın əlində olmadığı dövrdə baş vermişdi. Lakin Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Banka birləşdikdən sonra “NBC Bank”ın kapitalı diqqətimizi çəkdi. Biz gördük ki, bank zəifdir və onun hesabatları həqiqətə uyğun deyil. Yoxlamalar zamanı məlum oldu ki, bank bu dövrdə əmanət qəbulunu davam etdirib. Bu isə bankda likvidlik probleminin olduğunu göstərir. Biz bu dövrdə banka əmanət qəbul etməyi qadağan etdik. Sonrakı yoxlamalarda məlum oldu ki, bank requlyatorun tələblərinə cavab vermir və maliyyə xidməti göstərdiyi vətəndaşları aldadır". 

E.Rüstəmov bildirib ki, "AGBank"da isə vəziyyət daha mürəkkəb formada olub: “Burada qorunan əmanətlərin səviyyəsi limitdən əhəmiyyətli dərəcədə aşağıdır. Bank digər əmanətləri elə qəbul edib və şərtlər qoyub ki, faktiki olaraq, qorunan əmanət statusu alıb. Lakin bu əmanətlər qorunmayan əmanət kimi qeyd olunur. Söhbət minlərlə, on minlərlə müqavilədən gedir”.

 

Digər fikirlər

Daha çox fikir