"Misir piramidalarını yadplanetlilər tikib" - İlon Mask

“Tesla”nın CEO-su İlon Mask bu dəfə də qeyri-adi açıqlaması ilə gündəmə gəlib.

“MediaPost” xəbər verir ki, Mask Misir piramidalarının yadplanetlilər tərəfindən tikildiyini iddia edib.

Onun bu paylaşımı 4 saat ərzində 140 min dəfədən çox bəyənilib, 25 minə yaxın şərh yazılıb, 8 min nəfər tərəfindən cavablandırılıb.

Maskın sözügedən iddiası sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi qəbul olunmayıb.

Xatırladaq ki, İ.Maskın “SpaceX” şirkətinin kosmos turizmi ilə bağlı işlər aparması ilə bağlı məlumatlar var.

Billurə Yunus / "MediaPost"

Digər fikirlər

Daha çox fikir