Moskvada 5 erməni haqda həbs qərarı çıxarıldı

Moskvada paytaxtın müxtəlif yerlərində etnik zəmində kütləvi qarşıdurmalarda iştirak etdiyinə görə 5 erməni həbs edilib.

"MediaPost" "TASS" agentliyinə istinadən xəbər verir ki, Moskvanın Nikulin rayon məhkəməsi tərəfindən kütləvi qarşıdurmada iştirak etmiş 5 erməni barədə həbs qətimkan tədbiri seçilib.

"Nikoyan Artak, Apreyan Arsen, Apreyan Armen, Nikoyan Seyran və Petrosyan Argişt, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213 ("Qrup halında xuliqanlıq") maddəsi ilə ittiham olunur",- deyə məhkəmədən bildirilib.

Digər fikirlər

Daha çox fikir