Nardaranda qumbara tapıldı

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində məişət tullantıları sahəsində patronların aşkar olunması barədə məlumat daxil olub.

“MediaPost”un məlumatına görə, təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 37 ədəd müxtəlif çaplı patronlar və 1 ədəd boş avtomat darağı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Digər fikirlər

Daha çox fikir