Nazir 18 məktəb direktorunu işdən çıxardı

Bakıda 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “MediaPost”a verilən məlumata görə, həmin direktorlardan 14 nəfər çalışmanın yaş həddinə, 4 nəfər isə müddətli əmək müqaviləsi müddətinin başa çatması ilə əlaqədar işdən çıxarılıb.

Bunlar 19, 318, 10, 226, 271, 27, 20, 298, 48, 44, 52, 223, 113, 122, 130, 256, 262, 322 nömrəli tam orta məktəblərdir.

İdarədən bu da qeyd edilib ki, Bakı şəhəri 20 nömrəli məktəb-liseyə Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmrinə əsasən, yeni direktor təyinatı həyata keçirilib.

Həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 20 məktəbin direktoru yerdəyişmə ilə BŞTİ-nin tabeliyindəki digər ümumi təhsil məktəblərinə təyinat alıblar.

Digər fikirlər

Daha çox fikir