"Nəinki Qarabağ, hətta İrəvanı da..."- Qarşıda bizi müharibə gözləyir? - ŞƏRH

"Təbii ki, bu artıq sülh yolu ilə həll olunan bir məsələ deyil".

Bunu "MediaPost"a Dağlıq Qarabğdakı son vəziyyəti şərh edərkən politoloq Ramiyə Məmmədova deyib.

O bildirib ki, Dağlıq Qarabağda separatçı rejimin "seçki"lərindən sonra təyin olunan "prezident" çıxışda Azərbaycana xəbər göndərdi ki, bizimlə güc dili ilə danışmaq lazım deyil:

"Biz hər vəziyyətə hazırıq. Təbii ki, bu çıxışdan sonra ölkə başçımız "Qobu Park-3" və Cocuq Mərcanlıdakı çıxışında haqlı olaraq Qarabağ məsələsinə toxunaraq problemin həllinin vaxtının çatdığını bildirdi. Bunu da həll etməyin yolu qarşımızdakı ən böyük maneə olan Rusiyanı razılığa gətirməkdir. Çünki Qarabağdakı separatçılara dəstək verən bu ölkədir. Və Rusiya ilə bu gün Azərbaycan elə siyasət qurmalı və danışıqlar aparmalıdır ki, beynəlxalq hüquq çərçivəsində problem çözülsün. Həm də Rusiyanın bunda öz marağı da olmalıdır ki, Azərbaycana dəstək versin. Nəticədə Azərbaycan öz torpaqlarını geri qaytara bilsin. Təbii ki, bu, artıq sülh yolu ilə həll olunan bir məsələ deyil. Çünki Paşinyan hakimiyyətə gəldikdən və Dağlıq Qarabağ separatçı rejiminin "seçki"lərdən sonra sülh məsələsi artıq böyük problemə çevrilib. 2016-cı ildəki döyüşlərdən sonra da göründü ki, torpaqlarımızın qaytarılması, ancaq silah yolu ilə həll oluna bilər. O zaman da qarşımızda duran qüvvə Rusiya idi. Onların siyasəti nəticəsində döyüşlər dayandırıldı, eyni qayda ilə bu gün də sözügedən ölkə bizə əngəldir".

Politoloq hazırkı dönəmdə Rusiya ilə Azərbaycan münasibətlərinin yüksələn xətlə irəlilədiyini qeyd etdi: "Rusiyanın Azərbaycanla son zamanlardakı münasibətləri çox yaxşıdır. Çünki Paşinyan bilirsiniz ki, Rusiyada böyük avtoritet sahibi deyil, onun Putinlə olan münasibətlərində də böyük problemlər var. Lakin yenə də Xarici işlər naziri Lavrovun son çıxışı zamanı biz gördük ki, genetik qan bağlı olduğu Ermənistana dəstək verir. Rusiyanın hər zaman Ermənistana olan dəstəyi danılmazdır. Paşinyan fiqurunu bəyənməsələr də, yenə də dəstək var. Bu gün Rusiya yoldan çəkilsə, Ermənistan və Azərbaycan təkbətək qalacaq. Bizim həm hərbi, həm iqtisadi baxımdan gücümüz həddindən artıq yetərlidir ki, torpaqlarımızı geri qaytaraq. Bu gün ölkəmiz hətta İrəvan xanlığını da geri qaytarmaq gücündədir. Artıq İrəvanın da geri qaytarılması, gündəmə gətirilib. Bu gün Rusiyanın Ermənistana verəcəyi dəstəyi azaltmaq lazımdır".

Digər fikirlər

Daha çox fikir