Nərimanovda bu tikinti şirkəti ağacları betonladı - FOTOLAR

Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi 11 ünvanında ağacın dibinin betonlanması ilə bağlı ETSN-yə daxil olan məlumat yerində araşdırılıb.

“MediaPost” xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırov bildirib ki, araşdırma zamanı sözügedən ünvanda tikinti işləri aparan "İNV" MTK tərəfindən ağacın dibinin betondan təmizləndiyi və suvarıldığı müəyyən edilib.

Ərazidəki ağaclara aqrotexniki qulluq göstərilməsi məqsədilə MTK-ya icrası məcburi olan “məcburi göstəriş" verilib.

img
img

Digər fikirlər

Daha çox fikir