Netanyahunun oğlunun Hindistanla bağlı paylaşımı iki ölkə arasında skandal yaratdı

İsrailin baş naziri Binyamin Netanyahunun oğlu Yair Netanyahu növbəti addımı ilə sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. 

"MediaPost" “Daily Mail”ə istinadən xəbər verir ki, baş nazirin oğlu Tvitter hesabında Hindu tanrısı Durqanın barmaq hərəkəti göstərən şəklini paylaşdığı üçün hisndistanlı izləyicilər tərəfindən tənqid edilib. 

Paylaşımda tanrının üzü əvəzinə atası Benyamin Netanyahuya qarşı korrupsiya istintaqını aparan Liat Ben Arinin üzü yerləşdirib və çoxqollu olan Durqanın əllərinə orta barmaq işarəsi qoyub. Şəklin şərh bölümünə isə "yerinizi bilin!" yazıb. 

img

Qısa bir müddətdə sözügedən paylaşım hindistanlı izləyicilər tərəfindən tənqid atəşinə tutulub və Yair Netanyahunun müqəddəs dəyərlərə hörmət etmədiyi üçün üzr istəməsi tələb olunub. 

Məlum hadisədən sonra nazirin oğlu paylaşımı silib və Durqa haqqında məlumatsız olduğu üçün belə bir addım atdığını söyləyərək hindistanlılardan üzr istəyib və “Hindistanı sevirəm” deyə paylaşım edib. 

img

Xatırladaq ki, Binyamin Netanyahunun oğlu bir müddət öncə İsraildə rəqib partiyanın atasına qarşı koronavirus zamanı başlatdığı kampaniyaya verdiyi reaksiya ilə gündəmə gəlmişdi. 

“Ümid edirəm, etirazlar zamanı öləcək yaşlı şəxslər sizin partiyanın dəstəkçilərindən olar” - deyə Tvitterdə etdiyi paylaşımını tənqidlərdən sonra silib, üzr istəmişdi. 

 

Digər fikirlər

Daha çox fikir